Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda dəyirmi masa keçirilib

Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib...

Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, əziz xatirəsi yad edildi.

Vətən müharibəsində şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir çərçivəsində “Əsrin müqaqviləsi”nə və Azərbaycanın neft sənayəsinin inkişafına həsr edilmiş sənədli filmə baxış keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, Akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Şura üzvləri, RİH-in məsul işçiləri, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev, N.Nərimanov adına NQÇİ-nin rəisi Qoçəli Mahmudov, H.Əliyev adına BDÖZ-nin direktoru Roman Nağıyev, Qaz Emalı Zavodunun direktoru Sinan Girgin, SOCAR 6 saylı TND-nin rəisi Ağaxan Əsədov, Qaz Ambarlarının İstismarı idarəsinin rəisi Əfqan Yusubov, “Metanol” zavodunun direktoru Xəqani Babayev, neftçilər və digər rayon ziyalıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1994-cü il sentyabrın 20-də Ulu Öndərin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” və bu tarixi hadisənin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən danışdı, 1994-cü il sentyabrın 20-si Müstəqil Azərbaycan dövlətinin inkişafında bu mühüm gündə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınan böyük neft kontraktları imzalandı. Bu müqavilə Azərbaycanın yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir.

Daha sonra tədbirdə çıxış edən Akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atıldığını bildirdi. Qeyd olundu ki, Azərbaycan ilk dəfə idi ki, altı ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi.

Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək bildirdi ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi onların mənsub olduqları xalqın, yaratdıqları dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev gərgin fəaliyyəti və müstəsna xidmətləri ilə Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq 20 sentyabr Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı günü olması münasibəti ilə neftçiləri təbrik etdi və işlərində uğurlar arzuladı.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar